Maşın gətirənlərə PİS XƏBƏR: Çin bu maşınların ixracını sərtləşdirir

Maşın gətirənlərə PİS XƏBƏR: Çin bu maşınların ixracını sərtləşdirir backend

Çin 2027-ci ildən etibarən avtomobillərin ixracı qaydalarını dəyişir.

Qaziler.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Əgər 2026-cı ildə hər hansı bir brendə məxsus avtomobili xaricə göndərmək üçün onun Çin Xalq Respublikasında (ÇXR) 180 gündən çox qeydiyyatda olması kifayət edirdisə, 2027-ci ildən etibarən istehsalçı həm də ölkə hüdudlarından kənarda təmir işlərini apara bilən və ehtiyat hissələri tədarük edən servis mərkəzlərinin fəaliyyət göstərdiyini təsdiqləməli olacaq.

ÇXR rəsmiləri istənilən an istehsalçıdan sənədləri, personal barədə məlumatları və avadanlıqların fotolarını tələb edə biləcəklər. Rusiyadakı idxalçılar xəbərdarlıq ediblər ki, ölkənin bazarında rəsmi şəkildə təmsil olunmayan qlobal brendlərin populyar modellərini gətirmək daha da çətinləşəcək.

"E.N. Cars" şirkətinin təsisçisi Yevgeni Zabelin bildirib ki, bəzi avtomobillərin ixracı artıq qadağan edilib. Söhbət kütləvi satışda olan BYD, “Xiaomi” və yeni “SkyNomad”, “Mercedes” həmçinin BMW krossoverlərindən gedir, baxmayaraq ki, onlar üçün yan keçid yolları axtarılır. Demək olar ki, yerdə qalan bütün digər avtomobilləri ixrac etmək mümkündür.

Gətirilməsi ən çətin olan avtomobillər “Lixiang”, ən asanları isə “Lynk & Co” və “Zeekr” brendləridir.

QAZİLER.AZ