Ərdoğandan kosmosla bağlı xəbərdarlıq: "Bu, yolverilməzdir" - VİDEO

Ərdoğandan kosmosla bağlı xəbərdarlıq: "Bu, yolverilməzdir" - VİDEO backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kosmosun hərbiləşdirilməsinin və onun silahlanma yarışının alətinə çevrilməsinin yolverilməz olduğunu bəyan edib. O, kosmik sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə lideri İstanbulda keçirilən “AileFest” proqramında çıxışı zamanı bildirib.

Onun fikrincə, kosmik fəaliyyət bir neçə dövlət arasında qarşıdurmaya çevrilməməlidir. Ərdoğan vurğulayıb ki, Türkiyə tərəfi ölkələrin kosmos imkanlarına çıxışının genişləndirilməsinin, elmi araşdırmaların inkişaf etdirilməsinin, gənclərin kosmik texnologiyalara əlçatanlığının təmin olunmasının, həmçinin sahibkarların qlobal kosmik iqtisadiyyatda daha aktiv iştirakının tərəfdarıdır.

Türkiyə Prezidenti əlavə edib ki, Ankara Milli Kosmos Proqramı çərçivəsində kosmosa çıxış imkanlarının inkişaf etdirilməsinə və kosmodromun yaradılmasına xüsusi önəm verir.

QAZİLER.AZ