Türkiyə Ukraynaya "Korkut" zenit komplekslərini təhvil verdi

Türkiyə Ukraynaya "Korkut" zenit komplekslərini təhvil verdi backend

Türkiyə 2026-cı ildə Ukraynaya pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün yaxın mənzilli "Korkut" zenit komplekslərini təhvil verib.

Qaziler.az xəbər verir ki, bu barədə "Middle East Eye" (MEE) nəşri vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, Türkiyə Ukraynaya dronlara qarşı zenit sistemləri tədarük edib və bununla da Kiyevə yeni məhsulu sınaqdan keçirmək və onun potensialını təkmilləşdirmək imkanı yaradıb.

Məlumata görə, Ukrayna bu qurğulardan az sayda idxal edib, lakin onların dəqiq sayı açıqlanmır. Həmçinin onlardan neçəsinin artıq döyüş bölgəsində istifadə olunduğu da məlum deyil.

KİV-in yazdığına görə, bir "Korkut" batareyasına üç zenit qurğusu və bir idarəetmə maşını daxildir. Kompleks avtomatik toplarla təchiz olunub və pilotsuz uçuş aparatları, həmçinin qanadlı raketlər də daxil olmaqla, hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.

Qeyd olunur ki, Türkiyənin "Aselsan" müdafiə şirkəti hələ 2021-ci ildə Kiyevə "Korkut" komplekslərini almağı təklif etmişdi.

QAZİLER.AZ