Polşa Rusiya tərəfinin xarici vətəndaşlar üçün risklər barədə xəbərdarlıqlarına baxmayaraq, diplomatlarını Kiyevdən təxliyə etməyi planlaşdırmır.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Polşa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, Polşa diplomatik nümayəndəliklərinin əməkdaşları Kiyevdə və Ukraynanın digər şəhərlərində fəaliyyətlərini davam etdirəcəklər.
Agentliyin həmsöhbəti, "Bizim onları təxliyə etmək niyyətimiz yoxdur", — deyə bildirib.
Qeyd edək ki, oktyabrın 5-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya tərəfi digər ölkələri Ukraynanın paytaxtındakı səfirliklərinin fəaliyyətini davam etdirməsinin təhlükəli olduğu barədə xəbərdar edib. O həmçinin bildirib ki, diplomatların çıxarılması ilə bağlı qərarı ölkələrin özləri qəbul etməlidir.
O vurğulayıb ki, avropalı diplomatlar Moskvadan gələn xəbərdarlıqlara məhəl qoymurlar və bununla da mümkün nəticələrə görə bütün məsuliyyəti öz üzərlərinə götürürlər.
QAZİLER.AZ

