Ağ Evin keçmiş mətbuat katibi Karolin Levitt bundan sonra "Fox News" telekanalında siyasi şərhçi kimi fəaliyyət göstərəcək.
Qaziler.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
"Karolinin Ağ Evdəki və prezidentlik kampaniyası dövründəki iş təcrübəsi ona müasir siyasi mənzərəni dərindən anlamaq imkanı verir", - "Fox News Media"nın baş icraçı direktoru Syuzan Skott bildirib.
29 yaşlı Levittin noyabrın 1-dən yeni vəzifəsinin icrasına başlayacağı gözlənilir. Onun həm xəbər, həm də analitik proqramlarda çıxış etməsi planlaşdırılır.
Qeyd edək ki, Levitt ABŞ prezidentinin baş rəsmi nümayəndəsi postunu avqust ayında tərk edib. Nəşrin məlumatına görə, onun istefası ikinci övladının dünyaya gəlməsi və Nyu-Hempşir ştatındakı ailəsinin yanına köçməsi ilə bağlı olub.
QAZİLER.AZ

