Polşa polisi yollarda patrul nəzarəti aparmaq və digər sürücülərə faraları yandırıb-söndürməklə (sayrışan işıqlarla) yolda patrul olması barədə xəbərdarlıq edən sürücüləri müəyyən etmək üçün dronlardan istifadə etməyə başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Mıslenitse rayon polis idarəsinin saytında məlumat verilib.
Nəşrdə qeyd olunur ki, drondan artıq Mıslenitse və Tokarnya bələdiyyələrində istifadə olunub.
Əməliyyat zamanı polislər 71 nəqliyyat vasitəsini yoxlayıb və 76 qanun pozuntusu aşkar ediblər. 47 sürücü uzaq işıqlardan qanunsuz istifadə edərək digər sürücülərə yoldakı yoxlamalar barədə xəbərdarlıq etdiyi üçün qaydanı pozub. Sürücülər 200 zlotı (təxminən 87 manat) məbləğində cərimələnib, həmçinin onlara 4 cərimə balı yazılıb.
QAZİLER.AZ

