Amerika Birləşmiş Ştatları "Flydubai" aviaşirkətinin reysində baş vermiş insidentdə İranın əli olduğuna dair heç bir əlamət aşkar etməyib.
Qaziler.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.
"ABŞ-nin vitse-prezidenti Cey Di Vens bazar ertəsi bildirib ki, hələlik "Flydubai" ilə bağlı insidentdə İranın rolunun olması lehinə heç bir arqument görmür", - materialda qeyd olunub.
Bir gün əvvəl isə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai "Flydubai" reysi ilə baş verən hadisənin İranı və ya regionun digər ölkələrini günahlandırmaq üçün "bəsit şəkildə planlaşdırıldığını" deyib. Onun sözlərinə görə, əleyhdarları İranı ittiham etməklə Qəzzadakı vəziyyəti arxa plana keçirmək və İranın bütün dünya üçün təhlükə yaratdığı təəssüratını formalaşdırmaq istəyirlər.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Tel-Əvivə uçan "Flydubai" təyyarəsi fövqəladə vəziyyət siqnalı verib və bir müddət sonra Səudiyyə Ərəbistanında məcburi eniş edib. Aviaşirkət daha sonra təsdiqləyib ki, uçuş zamanı pilotlar arasında dava düşüb.
QAZİLER.AZ

