Yaponiya hökuməti Rusiya ilə ərazi məsələsinin həlli və sülh müqaviləsinin imzalanması istiqamətində siyasətini davam etdirəcək
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bunu Yaponiyanın Baş naziri Sanae Takaçi parlamentdə çıxışı zamanı bildirib.
“Biz ərazi məsələsinin həlli və sülh müqaviləsinin bağlanmasına yönəlmiş hökumət kursuna sadiq qalacağıq”, – Takaçi qeyd edib.
Baş nazir əlavə edib ki, Yaponiyanın “Şimal əraziləri” adlandırdığı Cənubi Kuril adaları “tarixi baxımdan və beynəlxalq hüquq baxımından” Yaponiyaya məxsusdur.
Rusiya ilə Yaponiya arasında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi imzalanmayıb. Bunun əsas səbəblərindən biri Cənubi Kuril adaları ilə bağlı ərazi mübahisəsidir.
QAZİLER.AZ

