ABŞ-ın Baltimor şəhərində iki kişinin park yeri üstündə başlayan mübahisəsi silahlı atışma ilə nəticələnib.
Hadisə zamanı ərazidə futbol oynayan uşaqların arasında olan 12 yaşlı qız güllə yarasından həyatını itirib.
Baltimor Polis Komissarı Riçard Uorli keçirdiyi mətbuat konfransında bildirib ki, iki kişi park yeri ilə bağlı mübahisə edib və daha sonra bir-birinə atəş açıb.
Atışmanın ortasında qalan və futbol oyununu izlədiyi ehtimal edilən 12 yaşlı qız güllə yarasından ölüb.
Hadisə yerinə gələn polis əməkdaşları qızla yanaşı, güllə yarası almış bir qadın da aşkarlayıblar. Polis hadisə ilə əlaqəli olduğu ehtimal edilən iki kişinin də xəstəxanalara müraciət etdiyini açıqlayıb.
Hazırda hadisə ilə bağlı ən azı iki şübhəli axtarılır. Hələlik heç kim saxlanılmayıb. Yaralanan digər üç nəfərin vəziyyətinin həyati təhlükəsi olmadığı bildirilib.
Baltimor meri Brendon Skott iki böyüyün mübahisəsi nəticəsində 12 yaşlı uşağın həyatını itirməsinə sərt reaksiya verib.
Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.
QAZİLER.AZ

