İran: ABŞ-ın təklifinə dair əlavə məsələlər qarşı tərəfə çatdırılacaq

İran: ABŞ-ın təklifinə dair əlavə məsələlər qarşı tərəfə çatdırılacaq backend

İran ABŞ-ın təqdim etdiyi son təkliflə bağlı əlavə məsələlərin qarşı tərəfə çatdırılacağını bildirib.

 

Qaziler.az Apa-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

 

O bildirib ki, ABŞ-ın təklifi əvvəlki təkliflərlə demək olar ki, eynidir və burada nüvə məsələləri də gündəmə gətirilib.

 

Bəqayi onu da qeyd edib ki, İranın hazırda əsas diqqəti Hörmüz boğazına yönəlib. Onun sözlərinə görə, İranın mövqeyi Qətərdə vasitəçilərə çatdırılıb.

 

İran rəsmisi bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ABŞ-ın İranın dəniz daşımalarına müdaxiləni dayandırmasından və sanksiyaları aradan qaldırmasından asılıdır.

 

O, İranın diplomatiyaya arxa çevirmədiyini vurğulayıb.