Braziliya Prezidenti 120 il yaşamaq istədiyini bəyan etdi

Braziliya Prezidenti 120 il yaşamaq istədiyini bəyan etdi backend

Braziliya Prezidenti Luis İnasio Lula da Silva seçkiqabağı mitinqdə 120 il yaşamağı planlaşdırdığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rio-de-Janeyroda çıxış edən prezident 120 il yaşamaq və ölkənin siyasi həyatında iştirakını davam etdirmək niyyətində olduğunu bəyan edib. O, öz bəyanatında tərəfdarlarını 70 yaşdan yuxarı vətəndaşları seçki məntəqələrinə gəlməyə həvəsləndirməyə çağırıb. Çünki Braziliyada bu yaşda olan şəxslər üçün səsvermə icbari deyil, könüllüdür.

Qeyd edilib ki, oktyabrın 4-də keçiriləcək növbəti seçkilər tarixi ola bilər. Belə ki, qalib gələcəyi təqdirdə Lula da Silva dördüncü prezidentlik müddətini qazanacaq.

QAZİLER.AZ