ABŞ Prezidenti Donald Tramp "G7" (Böyük Yeddilik) ölkələri liderlərinin virtual sammitində veb-kamerasını yandırmayan yeganə iştirakçı olub.
Qaziler.az xəbər verir ki, bu barədə görüşdən paylaşılan kadrlardan görmək mümkün olur.
Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fatih Birol tərəfindən yayımlanan görüntülərdə digər iştirakçılar arasında Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, İtaliya və Kanadanın Baş nazirləri Corca Meloni və Mark Karni, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen görünür.
Bu zaman veb-kamerasını qoşmayan yeganə lider məhz Tramp olub.
Görüş qlobal enerji bazarındakı vəziyyətə və dizel yanacağı tədarükünə həsr olunub. Tramp daha sonra bəyan edib ki, Avropa ölkələri öz ehtiyatlarından külli miqdarda dizel yanacağı buraxmağa razılaşıblar.
QAZİLER.AZ

