Argentina vətəndaşlıq almağın qiymətini açıqladı: 350 min dollar...

Argentina vətəndaşlıq almağın qiymətini açıqladı: 350 min dollar... backend

Argentina investisiya müqabilində vətəndaşlıq proqramına start verir. Belə ki, əcnəbilər minimum 350 min dollardan başlayan investisiya qoymaqla pasport əldə edə biləcəklər.

Qaziler.az xəbər verir ki, bu barədə "El Economista" məlumat yayıb.

Argentina kapital cəlb etmək üçün vətəndaşlıq üsulundan istifadə edən Cənubi Amerikada ilk ölkə olacaq. Bu yanaşma Karib hövzəsində — Antiqua və Barbuda, Dominika, Qrenada, Sent-Kitts və Nevis, həmçinin Sent-Lüsiyada çoxdan geniş yayılıb.

Proqram Parisdə təqdim olunub. Müraciətlərin qəbuluna dördüncü rübdə başlanacaq. İştirak üçün birinci variant milli xəzinəyə 350 min dollar məbləğində geri qaytarılmayan birdəfəlik ödəniş etmək, ikinci variant isə 800 min dollarlıq xüsusi dövlət istiqrazı almaqdır.

İnvestorun qohumları da vətəndaşlıq üçün müraciət edə bilərlər. Şərtlərə görə evli olmayan və övladı olmayan həyat yoldaşı və 18-25 yaş arası uşaqlar üçün adambaşına əlavə 100 min dollar ödənilməlidir. 18 yaşından kiçik uşaqlar üçün bu məbləğ 25 min dollar təşkil edəcək. Beləliklə, Argentina vətəndaşlığı üçün müraciət edən həyat yoldaşları və iki azyaşlı uşaqdan ibarət ailəyə pasportlar ümumilikdə 500 min dollara başa gələcək.

Argentina rəsmilərinin qiymətləndirmələrinə görə, proqram beş il ərzində təxminən 2,5 milyard dollar investisiya cəlb edə bilər.

QAZİLER.AZ