Amerikanın ayaqqabı və geyim istehsalçısı "Nike" gəlirlərinin azalması səbəbindən işçi ştatını ixtisar etmək və dünya üzrə biznes bölmələrini yenidən təşkil etmək niyyətində olduğunu bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mənfəətin azalmasının əsas səbəbi "Nike"ın illik gəlirinin təxminən 15%-ni təmin edən Çindəki alıcıların marağının aşağı düşməsidir. Hazırda rəhbərliyin neçə işçini ixtisar etmək niyyətində olduğu məlum deyil. Bildirişlərin göndərilməsinə yalnız 2027-ci ildə başlanacaq.
"Nike" həmçinin əməliyyat modellərində dəyişikliklər ediləcəyini və dörd coğrafi region əvəzinə üç regiona keçid ediləcəyini elan edib: Amerika, Asiya-Sakit Okean regionu, eləcə də Avropa, Yaxın Şərq və Afrikanı birləşdirən vahid region.
Bu, şirkətdə ilk ixtisar dalğası deyil. Növbəti mərhələnin 2031-ci maliyyə ilinə qədər 2,5 milyard dollar qənaət etmək planının bir hissəsi olacağı gözlənilir.
QAZİLER.AZ

