ABŞ qoçunlarının İraqı tərk etməsinə Rusiyanın reaksiyası

ABŞ qoçunlarının İraqı tərk etməsinə Rusiyanın reaksiyası backend

İraq ərazisində xarici hərbi kontingentlərin mövcudluğu ABŞ-nin uydurma bəhanə ilə etdiyi müdaxilədən bəri davam edib və regionda uzun illər sürən qeyri-sabitliyə səbəb olub.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Zaxarova xarici qoşunların ölkə ərazisindən çıxarılmasının başa çatması ilə bağlı rəsmi şərh verib. O qeyd edib ki, ABŞ bazalarının İraq hərbçilərinin nəzarətinə verilməsi barədə qərar ölkə parlamentinin hələ 2020-ci ildə qəbul etdiyi qərarın icrasıdır.

"Bu [ABŞ-ın mövcudluğu] faktiki olaraq 2003-cü ildən – tamamilə uydurma bir bəhanə ilə edilən və bütün ətraf regionda onilliklərlə davam edən qeyri-sabitliyə təkan verən müdaxilə anından bəri davam edirdi", – deyə diplomat bildirib.

QAZİLER.AZ