ABŞ Sahil Mühafizəsi Karib dənizində Kubaya yanacaq daşıyan "Grace" yük gəmisini saxlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti qurumun bəyanatına istinadən məlumat yayıb.
Nəşrin məlumatında bildirilib ki, uzunluğu təxminən 90 metr olan gəmi sentyabrın 5-də Kuba ilə Meksika arasındakı akvatoriyada dayandırılıb. Sahil Mühafizəsinin məlumatına görə, gəmi hakimiyyət orqanlarının aşkarlanmasından və nəzarətindən yayınmaq üçün "kölgə donanması" metodlarından istifadə edib.
Bununla belə, qurum göyərtədə nə qədər yanacaq olduğu barədə məlumatı dəqiqləşdirməyib.
QAZİLER.AZ

