Putin 47 mindən çox hərbçinin iştirak etdiyi təlimləri izlədi - VİDEO

Putin 47 mindən çox hərbçinin iştirak etdiyi təlimləri izlədi - VİDEO backend

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 2-də Çelyabinsk vilayətindəki "Çebarkulski" poliqonuna baş çəkib və orada "Mərkəz-2026" strateji komanda-qərargah təlimlərinin mərhələlərindən birinin gedişatını izləyib.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Səfər zamanı dövlət başçısı müxtəlif ölkələrin hərbi attaşeləri ilə də həmsöhbət olub, hərbi texnika və avadanlıq nümunələrinə baxış keçirib. Bundan əlavə, Rusiya lideri manevrlərin gedişatı barədə məruzələri dinləyib.

Nəşrin məlumatınada qeyd edilib ki, "Mərkəz-2026" təlimləri sentyabrın 28-dən oktyabrın 3-dək keçirilir. Bu təlimlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində baş tutan "Qarşılıqlı fəaliyyət-2026" komanda-qərargah təlimləri ilə əlaqəli şəkildə təşkil olunub. Təlimlərdə ümumilikdə 47 mindən çox şəxsi heyət, 2 mindən çox silah və hərbi texnika, o cümlədən 90 uçuş aparatı, 77 döyüş gəmisi və təminat gəmisi iştirak edir.

QAZİLER.AZ