Fransa Ukraynaya ehtimal olunan tədarükdən əvvəl ilk ukraynalı pilotların "Rafale" qırıcı təyyarələrində uçuşlar üçün hazırlığına başlayıb.
Qaziler.az bildirir ki, "Le Parisien" qəzetinin yaydığı məlumata görə, bu barədə Fransanın Avropa işləri üzrə nazir-nümayəndəsi Bencamen Addad bəyan edib.
Fransalı rəsmi bildirib ki, Paris hazırda birbaşa ukraynalı heyətlər tərəfindən idarə olunacaq "Rafale" qırıcılarının göndərilməsi ilə bağlı Kiyevlə danışıqlar aparır.
Fransa tərəfi artıq bununla bağlı müvafiq təlim proqramına start verib.
QAZİLER.AZ

