Meksikanın Koauila ştatında orta məktəbə edilən qanlı hücum nəticəsində direktor müavini həyatını itirib. Hadisə nəticəsində şagirdlər də daxil olmaqla 3 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, "Mexico News Daily" qəzetinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, hadisə Koauila ştatının Torreon şəhərində yerləşən orta məktəbdə baş verib.
Məktəbə pala (böyük bıçaq) və partlayıcı maddələrlə hücum edilib. Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində məktəbin keçmiş şagirdləri olduğu iddia edilən 18 yaşlı əkiz qardaşlar şübhəli şəxs qismində saxlanılıb.
QAZİLER.AZ

