Oktyabrın 2-də amerikalı jurnalist Rik Sançez Rusiya prezidenti Vladimir Putinə xarici media nümayəndələrinə qarşı mövqeyinə görə təşəkkür etdi.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" yazıb.
"Sadəcə Prezident Putinə etdiyinə görə təşəkkür etməliyəm. Düşünürəm ki, digər Qərb liderləri də bunu etməlidirlər", - deyə o, X sosial media platformasında (əvvəllər Twitter) yazıb.
Sançez bildirib ki, o, həmişə jurnalistlərin mənşə ölkələrindən asılı olmayaraq hakimiyyət orqanlarını sorğu-sual edə bilməli olduğuna inanıb. O, həmçinin qeyd edib ki, Putin Qərb liderlərindən fərqli olaraq, jurnalistləri milliyyətindən asılı olmayaraq qarşılayır.
QAZİLER.AZ

