Suriya Türkiyədə "Hizbullah"la danışıqlar barədə xəbərləri təkzib edib

Suriya Türkiyədə "Hizbullah"la danışıqlar barədə xəbərləri təkzib edib backend

Suriyanın İnformasiya Nazirliyi Türkiyədə Livanın "Hizbullah" hərəkatının nümayəndələri arasında danışıqların aparılması barədə xəbərləri təkzib edib.

Qaziler.az "report"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Bu iddialar yalandır. Belə görüş olmayıb", - nazirlikdən qeyd olunub.

Daha əvvəl bildirilib ki, Suriya hökuməti və "Hizbullah" nümayəndələri tərəflər arasında gərginliyi azaltmaq məqsədilə Türkiyədə qapalı danışıqlar aparıblar.