Tramp İranı yeni zərbələr endirməklə hədələdi

Tramp İranı yeni zərbələr endirməklə hədələdi backend

Konqresə keçiriləcək aralıq seçkilərdən sonra Birləşmiş Ştatlar İrana endirilən zərbələrin intensivliyini artıra bilər.

Qaziler.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Belə ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də baş tutacaq.

Bununla belə, Ağ Ev rəhbəri bir neçə gün əvvəl Konqres seçkilərinə qədər də İrana zərbələrin bərpa oluna biləcəyini istisna etməmişdi.

Sentyabrın 30-da o, həmçinin İrlanla bağlı "çox yaxında hadisələrin baş verməyə başlayacağı" barədə müəmmalı bir bəyanatla çıxış etmişdi.

"Axios" portalının verdiyi məlumata görə, Qətərin bu həftə ABŞ və İran arasında diplomatik irəliləyişə nail olmaq cəhdləri heç bir nəticə verməyib, çünki tərəflər güzəştə getməyə hazır olmadıqlarını nümayiş etdiriblər.

QAZİLER.AZ