Estoniya Rusiya və Belarus taxılının öz limanları vasitəsilə ixracını qadağan etdi

Estoniya Rusiya və Belarus taxılının öz limanları vasitəsilə ixracını qadağan etdi backend

Estoniya Rusiya və Belarus taxılının öz ərazisi vasitəsilə tranzitini qadağan edib.

Qaziler.az "Reuters" agentliyinə istinadla verdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Margus Tsaxkna bəyan edib.

"Rusiya həm işğalçılıq müharibəsi aparıb, həm də ticarətini davam etdirmək üçün onlara kömək edəcəyimizi gözləyə bilməz. Biz onun müharibəsini maliyyələşdirməyə və ya təcavüzünü davam etdirməsini asanlaşdırmağa kömək etməyəcəyik", — deyə nazir vurğulayıb.

Bununla belə, Ukraynanın gəmilərə və taxıl terminallarına endirdiyi zərbələr nəticəsində Azov və Qara dəniz vasitəsilə tədarükün pozulmasından sonra, Baltikyanı ölkələr üzərindən taxıl ixracı Rusiya üçün mühüm alternativ marşrutlardan birinə çevrilmişdi.

Latviya da Rusiya tədarükünü dayandırmaq niyyətində olduğunu bəyan edib. Baş nazir Andris Kulberqs hökumətin Rusiya və Belarusdan gələn taxıla 300% rüsum tətbiq etməyi planlaşdırdığını bildirib. Bu dəyişikliklər Seym (Latviya parlamenti) tərəfindən təsdiqlənməlidir, lakin hazırda ölkədə seçkilər gedir (səsvermə oktyabrın 3-də baş tutacaq və Kulberqsin rəhbərlik etdiyi koalisiyanın birinci yeri tutacağı gözlənilir). Riqa bu məsələdə Tallin və Vilnüslə də vahid mövqeyi razılaşdırıb.

QAZİLER.AZ