Yanacaq siyasəti Makronun reytinqini aşağı salıb

Yanacaq siyasəti Makronun reytinqini aşağı salıb backend

Fransa lideri Emmanuel Makronun populyarlığı Beşinci Respublika tarixinin antirekord səviyyəsinə çatıb. Hazırda prezidentin fəaliyyətini vətəndaşların yalnız 18%-i bəyənir.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, "Odoxa-Mascaret" tədqiqat mərkəzinin sorğusuna istinadən hazırlanan hesabata görə, dövlət başçısına olan inam səviyyəsi yay aylarından bəri 7 faiz bəndi geriləyib.

Xalqın qəzəbinə əsas səbəb kimi enerji daşıyıcılarının qiymətləri ilə bağlı yürüdülən səmərəsiz siyasət göstərilir. Əhalinin böyük hissəsi (75%-i) avtomobil sahibləri üçün nəzərdə tutulan kompensasiya ödənişlərini son dərəcə az hesab edir, respondentlərin 62%-i isə hökumətin bu istiqamətdə subsidiyaların həcmini artırmalı olduğuna əmindir. Yaranmış etimad böhranı Baş nazir Sebastyan Lekornunun reytinqinə də təsir göstərib. Onun dəstək göstəricisi 24%-ə qədər düşüb.

QAZİLER.AZ