Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttinə gələrək Ukrayna vətəndaşlarına müraciət videosu çəkib.
Qaziler.az xəbər verir ki, videoçarx onun "Telegram" kanalında yayımlanıb.
Siyasətçi Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi qulluqçularına və sadə vətəndaşlara müraciət edib.
"Cəbhə. Müstəqillik məhz burada qazanılır. Sülhə gedən yol da məhz bu labirintlərdən, bu dəhlizlərdən keçir", - deyə Ukrayna lideri paylaşımın altında yazıb.
Ukrayna liderinin əvvəlki paylaşımlarına əsasən, Zelenskinin yanında Ukraynanın müdafiə naziri Yevgen Xmara və USQ-nin yeni baş komandanı Mixail Drapatı da var.
Prezidentin cəbhənin məhz hansı hissəsinə baş çəkdiyi məlum deyil. Videoda meşəlik ərazi, sığınacaqlar, həmçinin pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq üçün şəbəkə görmək mümkündür.
Qeyd edilib ki, Zelenski döyüş bölgəsinə sonuncu dəfə bu ilin avqust ayının sonunda olub. Həmin vaxt onu Drapatı müşayiət edib.
QAZİLER.AZ

