Makron Avropanın çətin vəziyyətdə olduğunu etiraf etdi

Makron Avropanın çətin vəziyyətdə olduğunu etiraf etdi backend

Avropa öz sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən birindən – Rusiya qazından imtina edib.

Qaziler.az xəbər verir ki, bu bəyanatla Fransa rəhbəri Emmanuel Makron çıxış edib.

"Bizim rəqabət qabiliyyəti və innovasiyalarla bağlı problemimiz var. Avropanın rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə ucuz Rusiya qazına söykənirdi ki, bu da bütün qitədə böhrana səbəb oldu", — deyə Makron bildirib. Onun bu sözləri Madriddə keçirilən iqtisadi forumda səslənib.

Fransa prezidenti vurğulayıb ki, Avropa ölkələri Avropa iqtisadiyyatının istehsal nüvəsini qidalandıran əlçatan qazdan məhrum olublar.

Bu ilin əvvəlində Makron bəyan etmişdi ki, Rusiyanın enerji resurslarından imtina etdikdən sonra Avropa Amerikanın maye təbii qazından (LNG) asılı vəziyyətə düşüb.

QAZİLER.AZ