İraq Kürdüstanında Ermənistanın Müstəqillik Günü qeyd edilib

İraq Kürdüstanında Ermənistanın Müstəqillik Günü qeyd edilib backend

İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbil şəhərində Ermənistan Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

Qaziler.az bildirir ki, "Ermenihaber.am" saytının məlumatına görə, təntənəli tədbirdə muxtariyyətin rəhbəri Məsud Barzaninin nümayəndəsi, Ərbil valisi, həmçinin regionun siyasi, diplomatik, biznes və dini dairələrinin yüksək rütbəli rəsmiləri iştirak ediblər. Qonaqlar Ermənistanın diplomatik nümayəndələri və baş konsulluğun əməkdaşları ilə görüşlər keçiriblər.

Qəbul zamanı tərəflər region ilə Ermənistan arasındakı tarixi-mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb, ikitərəfli münasibətlərin və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

QAZİLER.AZ