Rusiya Kalininqrad vilayətinin blokadaya alınacağı təqdirdə nüvə silahından istifadə edə bilər.
RBC-Ukraine-nın "TASS" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Kremldən rəsmi açıqlama verilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Qərbdən Kalininqradın blokadaya alınması planları ilə bağlı gələn bütün bəyanatları yaxından izləyir və qeydə alır.
Bu fonda Rusiya tərəfi nüvə silahından istifadə imkanlarını xatırladıb. Peskovun sözlərinə görə, rusiyalı diplomatlar Avropadakı bəzi "isti başlara" Kalininqradın blokadasına qarşı nüvə cavabının rəsmi normativ sənədlərdə açıq şəkildə təsbit olunduğunu xatırladırlar.
QAZİLER.AZ

