Paris alova və tüstüyə büründü: Həmkarlar ittifaqlarından kütləvi yürüş - VİDEO

Paris alova və tüstüyə büründü: Həmkarlar ittifaqlarından kütləvi yürüş - VİDEO backend

Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqları nümayəndələrinin keçirdiyi çoxkilometrlik kütləvi etiraz yürüşü başa çatıb.

"İzvestiya" qəzetinin 29 sentyabr tarixli məlumatına görə, aksiyalardan sonra yaranan pirotexnika tüstüsü şəhərin Millət meydanını tamamilə bürüyüb.

Yürüş iştirakçılarının bir hissəsi hələ də küçələri tərk etməyib. Paris sakinləri əllərində bayraqlar, plakatlar və etiraz şüarları ilə hökumətdən maaşların artırılmasını, ödənişlərin inflyasiyaya uyğun indeksləşdirilməsini və bülleten (xəstəlik vərəqəsi) ödənişlərinin tam həcmdə saxlanılmasını tələb edirlər.

Aksiyaya qoşulan yanğınsöndürənlər də kadr və avadanlıq çatışmazlığından şikayət edərək iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

QAZİLER.AZ