Madriddə kütləvi etirazlar - VİDEO

Madriddə kütləvi etirazlar - VİDEO backend

İspaniyanın paytaxtı Madriddə bir neçə min insan yeni mənzil dekretinin qəbul edilməsi tələbi ilə artıq beşinci gündür ki, hökumət binası qarşısında çadır quraraq etiraz edir.

"İzvestiya" qəzetinin müxbiri Mixail Bloxinin 29 sentyabr tarixli xəbərinə görə, hakimiyyətin qərarını saatlarla gözləyən aksiya iştirakçıları hökumət binasına tamamilə yaxınlaşıblar. Etirazçıların tələb etdiyi sənəd qeyri-rəsmi olaraq "Marikarmen dekreti" adını alıb. Bu ad etirazların simvoluna çevrilən təqaüdçü Marikarmen Abaskalın şərəfinə qoyulub.

Madriddə kirayədə yaşayan yaşlı qadının mənzil pulu, ev sahibi dəyişdikdən sonra 500 avrodan 1650 avroya qaldırılıb. Onun təqaüdü isə cəmi 1350 avro təşkil edirdi. 7 illik məhkəmə çəkişməsindən sonra evdən çıxarılan Abaskala bələdiyyə tərəfindən köhnə evindən 30 kilometr uzaqlıqda aylığı 1200 avroya olan bir otaq təklif edilib. Bu hadisə şəhərdə mənzil böhranına qarşı kütləvi üsyana səbəb olub.

QAZİLER.AZ