Amerikalı aktyor Dennis Haskins 75 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə "Page Six" aktyorun agenti Cey Şaxterə istinadən məlumat verib.
Mənbəyə görə, aktyor son səkkiz ildir ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Ölümün dəqiq səbəbi məlum deyil.
Haskins karyerası ərzində "Dəli adamlar", Filadelfiyada həmişə tezdən günəşli olur", "Ananızla necə tanış oldum" və bir çox digər seriallardakı rollar da daxil olmaqla 100-dən çox rol oynayıb.
QAZİLER.AZ

