İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə yaşanan münaqişə səbəbindən Amerika vətəndaşlarına açıq məktub ünvanlayıb.
Qaziler.az xəbər verir ki, SEPAH-ın ABŞ vətəndaşlarına ünvanladığı açıq məktubda deyilir:
“Hazırda müharibə 3,6 mindən çox insanın həyatına son qoyub, onların böyük hissəsi mülki şəxslərdir, o cümlədən 400-ü uşaqdır. Səkkiz universitet, üç xəstəxana və səkkiz məktəb bombardmanlara məruz qalıb”.
Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olarkən, sentyabrın 25-də İsrail və ABŞ-nin hücumları nəticəsində İranda 5 mindən çox insanın həlak olduğunu bəyan edib.
SEPAH-ın mətbuat xidməti tərəfindən dərc olunan məktubda iddia edilir ki, ABŞ və İsrail bu münaqişədə məğlubiyyətə uğrayıb, İran tərəfi isə qalib kimi çıxıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Mohebbi məktubun göndərilməsinə həsr olunmuş mətbuat konfransı zamanı İranın nüvə silahı əldə etməyə çalışması ilə bağlı iddiaların yalan olduğunu bildirib.
O əlavə edib ki, hələ 25 il əvvəl ABŞ İranın belə bir silaha sahib olmasına bir neçə həftə qaldığını deyirdi. Bununla bağlı o sual edib: “Bəs onda nüvə silahı haradadır?”
O həmçinin qeyd edib ki, ABŞ ölkədə nüvə silahını qadağan edən İranın ali lideri Əli Xameneini qətlə yetirib.
“Əgər ABŞ-nin hakim elitası müxtəlif ölkələrə hücum etmək əvəzinə öz xərclərinin heç olmasa 10%-ni onlara yardım etməyə yönəltsəydi, onda onları sevərdilər. Məgər ABŞ rəhbərliyinin öz siyasətini dəyişmək vaxtı gəlmədi?” — deyə Mohebbi əlavə edib.
QAZİLER.AZ

