Birləşmiş Ştatların hazırkı prezidenti Donald Tramp administrasiyası Kubanın ölkə üçün təhlükə yaratmasına imkan verməyəcək.
Qaziler.az "EFE" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio deyib.
"Tramp prezident olduğu müddətdə biz heç vaxt Kubanın ABŞ-yə qarşı əməliyyat bazasına çevrilməsinə icazə verməyəcəyik", — deyə amerikalı rəsmi bildirib.
Eyni zamanda, o, Kubadakı mövcud vəziyyətin artıq ABŞ üçün təhlükəli olduğunu qeyd edib. Rubio həmçinin ada respublikasını "uğursuz dövlət" adlandırıb.
QAZİLER.AZ

