"The New York Times Games" nəşrinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsi Kaliforniyada avtomobil dayanacağında güllələnib.
Qaziler.az xəbər verir ki, bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb.
Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dublin Sports Grounds" idman kompleksinin dayanacağında baş verib. Polis 40 yaşlı top-meneceri bir neçə güllə yarası ilə aşkar edib. "Los Angeles Times"ın məlumatına görə, o, hadisə yerindəcə dünyasını dəyişib.
Qətl hadisəsində şübhəli bilinən şəxslər – Makkinsinin həyat yoldaşının valideynləri, 77 yaşlı Şouyun Cjan və Şili Cen saxlanılıb.
"SFGATE" nəşri məhkəmə sənədlərinə istinadən yazır ki, Makkinsi və həyat yoldaşı təxminən bir ildir bir neçə məhkəmə çəkişməsində tərəf müqabili olublar. Ötən ilin oktyabrında qadın məhkəmədən Makkinsinin ona yaxınlaşmasının qadağan edilməsini (yaxınlaşma qadağası) tələb edib. Dekabr ayında isə kişi analoji tələblə məhkəməyə müraciət edib. Elə həmin vaxt o, boşanmaq üçün ərizə verib və bundan sonra cütlük ortaq uşaqlarının qəyyumluğu barədə mübahisəni davam etdirib.
"Patch" nəşrinin yazdığına görə, 2025-ci ilin oktyabrında Makkinsiyə həmçinin uşağa təhlükə yaratmaq və ona zərər vurmaqla bağlı iki epizod üzrə ittiham irəli sürülüb. O, günahını boynuna almayıb və valideynlər üçün nəzərdə tutulan 12 məşğələdə iştirak etmək şərtilə sərbəst buraxılıb.
Makkinsi 2023-cü ilin yanvarından "The New York Times"da fəaliyyətə başlayıb, iki il sonra isə nəşrin oyunlar sahəsində mühəndislik və istifadəçi təcrübəsi üzrə rəhbər olub.
QAZİLER.AZ

