Roma Papası Putin və Zelenskiyə müraciət edib

Roma Papası Putin və Zelenskiyə müraciət edib backend

Roma Papası XIV Leo prezidentlər Vladimir Putin və Volodimir Zelenskini danışıqlar masası arxasına əyləşməyə və dialoqa başlamağa çağırıb.

Qaziler.az xəbər verir ki, onun Fransanın Mets şəhərindəki çıxışından sitatları "Do Rzeczy" portalı təqdim edib.

“Buna görə də biz Rusiya və Ukrayna liderlərini danışıqlar masası arxasına əyləşməyə, dialoqa başlamağa və müharibələri davam etdirmədən həll yolları axtarmağa dəvət etməkdə davam edirik. Biz heç kimi məcbur edə bilmərik. Bəzən elə görünə bilər ki, səylərimiz mənasızdır, lakin biz danışmağa, dialoqa dəvət etməyə və səsimizi ucaltmağa davam edəcəyik”, — deyə XIV Leo bəyan edib.

Pontifikin bildirdiyinə görə, kilsə insan ləyaqətinə xidmət etməli, həyatın dəyərini dəstəkləməli və səhiyyə üçün daha çox vəsaitin ayrılmasına köməklik göstərməlidir.

QAZİLER.AZ