"SpaceX" şirkətinin "Starship" kosmik gəmisi ilk orbital uçuşundan sonra suya eniş zamanı partlayıb. Missiya planlaşdırılan on saat əvəzinə təxminən üç saat davam edib.
Qaziler.az xəbər verir ki, həmin an "SpaceX" tərəfindən "X" sosial şəbəkəsində canlı yayımlanıb.
Aparat atmosferə uğurla daxil olub, şaquli vəziyyət alıb və Sakit okeana enməyə başlayıb. Lakin eniş anında, mühərriklər suyun altında qaldıqdan sonra partlayış baş verib. Okean səthindən alov sütunu yüksəlib, gəminin qırıntıları isə havaya uçub.
"Starship" "SpaceX" şirkətinin Texasın cənub-şərqindəki "Starbase" meydançasından "Super Heavy" daşıyıcı raketi vasitəsilə start götürmüşdü. Bu, kosmik gəminin tamölçülü versiyasının 14-cü sınaq uçuşu olub.
Missiya zamanı "Starship" uğurla orbitə çıxıb və 26 ədəd "Starlink" internet peykini fəzaya buraxıb.
İlkin olaraq "SpaceX" uçuşun təxminən 10 saat davam edəcəyini və Yer ətrafında bir neçə dövrü əhatə edəcəyini planlaşdırırdı. "Starship" həqiqətən nəzərdə tutulan orbitə çıxaraq saatda təxminən 28 000 km sürət yığıb. Lakin uçuşun idarəetmə mütəxəssisləri risk etməmək qərarına gəliblər və cəmi bir neçə dövriyyədən sonra — planlaşdırılan vaxtdan bir neçə saat əvvəl gəmini Yerə qaytarıblar.
QAZİLER.AZ

