İran ABŞ tərəfindən sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağa razı olub.
Qaziler.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Pakistandakı mənbələrinə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, bu razılaşma İran-ABŞ danışıqlarında iştirak edən vasitəçilərin köməkliyi sayəsində əldə edilib. Rəsmi Tehran hələlik bu məlumatı şərh etməyib.
Bundan əvvəl, sentyabrın 28-də "Axios" nəşrinin və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yumşaltmağa və İranın dondurulmuş aktivlərini sərbəst buraxmağa hazırdır. Onun verdiyi məlumata görə, bu, Tehranın Vaşinqtonun nüvə proqramı ilə bağlı tələblərini yerinə yetirməsi müqabilində mümkündür.
QAZİLER.AZ

