İranın Ali rəhbəri ayətullah Seyid Müctəba Xamenei Müqəddəs Müdafiə Həftəsi münasibətilə müraciət ünvanlayıb.
Qaziler.az xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, Müctəba Xamenei müraciətində ABŞ və digər xarici qüvvələrin İranın cənubunda yerləşən dənizlərdəki fəaliyyətinə toxunub.
Onun sözlərinə görə, əvvəllər İranın cənubundakı dənizlər "düşmən qüvvələrin oyun meydançası" olub.
Xamenei bildirib ki, Hörmüz boğazını müdafiə edən qüvvələrin zərbələrindən sonra xarici qüvvələr Ərəbistan dənizindən irəliyə doğru irəliləməyə cəsarət etmirlər.
“Hər dəfə belə bir riskə əl atdıqda, özləri zərər çəkdilər. Tezliklə elə bir gün gələcək ki, Ərəbistan dənizi də onlardan təmizlənəcək”, — deyə İranın Ali Rəhbəri qeyd edib.
QAZİLER.AZ

