Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, 2030-cu il hədəfinə çatmaq üçün Avropa daha sürətlə yenidən silahlanmalıdır.
Qaziler.az xəbər verir ki, bu barədə "Breaking The News" məlumat yayıb.
“Avropaya müdafiə investisiyalarının, potensialın artırılmasının, innovasiyaların və sənaye istehsalının miqyasında və tempində qətiyyətli dəyişikliklər lazımdır”, - Kallas qeyd edib.
Bundan əlavə, Kallas Aİ ölkələrini öz ehtiyatlarından Ukraynaya "Patriot" üçün raket-yaxalayıcılar tədarük etməyə çağırıb. Bunun müqabilində həmin ölkələrə gələcəkdə Kiyev tərəfindən maliyyələşdirilən yeni tədarüklərin ediləcəyi bildirilib.
Buna qədər Kallas bəyan etmişdi ki, müdafiə xərclərinin ÜDM-in 2,2%-nə qədər artmasına baxmayaraq, Avropa İttifaqının müdafiə imkanlarında hələ də böyük boşluqlar qalmaqdadır.
QAZİLER.AZ

