İran ABŞ-nin İrana məxsus aviaşirkətlərin uçuşlarına qoyduğu məhdudiyyətlərlə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) etirazını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Abuzər Şirudi bildirib.
Şirudi IRNA agentliyinə açıqlamasında deyib ki, qanuni hüquqların qorunması və ABŞ tərəfindən tətbiq edilən qanunsuz məhdudiyyətlərə qarşı çıxmaq məqsədilə İranın etiraz məktubu hazırlanıb və ICAO-ya göndərilib.
Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent xəbərdarlıq etmişdi ki, sanksiyalar səbəbindən sentyabrın 23-dən etibarən İran aviaşirkətləri artıq uçuşlar həyata keçirə bilməyəcək və onlara yerdə xidmət göstərilməyəcək.
QAZİLER.AZ

