Moldova Dnestr çayına görə qırmızı həyəcan siqnalı verdi

Moldova Dnestr çayına görə qırmızı həyəcan siqnalı verdi backend

Moldova Dnestrin müəyyən hissələrində və kiçik çaylarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən qırmızı həyəcan siqnalı verib.

Qaziler.az bildirir ki, bu, ölkənin meteorologiya xidmətinin 27 sentyabr tarixli rəsmi açıqlamasında deyilir.

"Dnestr və Prut çaylarında, eləcə də əksər kiçik çaylarda suyun səviyyəsinin aşağı olması davam edəcək", - Telegram kanalında bildirilib.

Dnestrin Naslavça kəndi ilə Kamença şəhəri arasındakı hissəsində suyun səviyyəsinin uzunmüddətli aylıq orta göstəricinin 15%-ni təşkil etdiyi müəyyən edilib. Çayın Dubasari ilə Tudorovo kəndi arasındakı digər hissəsində isə səviyyənin 30%-də olduğu bildirilir.

Su səviyyəsinin uzunmüddətli orta göstəricinin 10%-i və ya daha az olduğu Draqişte, Kubolta, Çulukul-Mik və Botna çayları üçün də qırmızı həyəcan siqnalı tətbiq olunub.

Hakimiyyət orqanları sakinləri və müəssisələri su ehtiyatlarından səmərəli istifadə etməyə çağırıb.

QAZİLER.AZ