"Vəziyyət əvvəlkindən yaxşıdır" — Stubb Trampı təriflədi

"Vəziyyət əvvəlkindən yaxşıdır" — Stubb Trampı təriflədi backend

ABŞ Prezidenti Donald Trump Ukraynadakı müharibəni başa çatdırmaq üçün "həqiqətən çox ciddi çalışır".

Qaziler.az-ın "Fox News" telekanalına istinadən məlumatına görə, bunu Finlandiya Prezidenti Aleksandr Stubb bəyan edib.

Stubb qeyd edib ki, ABŞ lideri son bir il yarım ərzində sülhün əldə olunması istiqamətində səylərini ikiqat artırıb və bu prosesə öz xüsusi elçiləri Stiven Uitkoff ilə Cared Kuşneri də cəlb edib.

Finlandiya rəhbəri hazırda vəziyyətin Trampın fəaliyyətə başlamasından əvvəlki dövrlə müqayisədə daha yaxşı olduğunu bildirib və Ukrayna böhranının uğurlu tənzimlənməsinə ümid etdiyini vurğulayıb.

QAZİLER.AZ