Vuçiç istefa verib

Vuçiç istefa verib backend

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini açıqlayıb.

 

Bu barədə “Reuters“ məlumat yayıb.

 

Vuçiç bazar günü istefa qərarını elan etməklə prezident kimi ikinci və sonuncu beşillik müddətini vaxtından əvvəl başa vurub.

 

Onun istefası Serbiyada növbədənkənar prezident seçkilərinin keçirilməsinə yol açır.

 

Qeyd edək ki, Vuçiç 2017-ci ildən Serbiya Prezidenti vəzifəsini icra edirdi. Onun ikinci prezidentlik müddəti 2027-ci ilin ortalarında başa çatmalı idi.