ABŞ Prezidenti Donald Tramp noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyi planlaşdırır.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı təsdiqləyib.
Si Cinpin yaxınlaşan APEC sammitində Trampı və onun həyat yoldaşı Melaniyanı Çində gözlədiyini bildirib.
Ağ Evin rəhbəri cavabında: “Çox sağ olun! Biz bunu edəcəyik. Və genişmiqyaslı danışıqlar aparacağıq”, - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, APEC sammiti bu il 18–19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək.
QAZİLER.AZ

