İraqdan İrana bütün uçuşlar dayandırıldı

İraqdan İrana bütün uçuşlar dayandırıldı backend

İraqın Nəcəf, Ərbil və Süleymaniyyə beynəlxalq hava limanlarından İrana və İrandan həyata keçirilən bütün uçuşların cümə günü yerli vaxtla saat 02:00-dan etibarən növbəti xəbərdarlığa qədər dayandırıldığını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “əl-Hədəs” telekanalı məlumat yayıb. 

Hava limanı rəhbərliyinin bildirdiyinə görə, qərar səlahiyyətli qurumların rəsmi göstərişləri əsasında qəbul edilib. Aviaşirkətlərə və uçuşların təşkilinə cavabdeh qurumlara göndərilən sirkulyarda qərarın əhatə etdiyi reyslərlə bağlı hər hansı tədbir görülməməsi tələb olunub. 

Uçuşların bərpası ilə bağlı yeni göstərişlər verildikdə aviaşirkətlərə məlumatın çatdırılacağı bildirilib.

QAZİLER.AZ