Slovakiyanın Baş prokuroru Maroş Jilinka və həyat yoldaşına ailənin partladılması təhdidini ehtiva edən mesaj göndərilib.
Qaziler.az xəbər verir ki, bu barədə sentyabrın 25-də respublika hökumətinin aparatına istinadən "DennikN" qəzeti məlumat yayıb.
Nəşrin yaydığı məlumatda deyilir: "Baş prokuror Maroş Jilinka və həyat yoldaşı bomba tətbiq edilməklə fiziki sui-qəsd hədəsi alıblar".
Qəzet polisin hazırda araşdırma apardığını bildirib.
Həmçinin materialda əlavə olunub ki, ölkənin Baş naziri Robert Fitso Jilinkanın respublikanın əvvəlki hökuməti tərəfindən Ukraynaya hərbi texnikanın təmənnasız verilməsinin qanuni olması barədə bəyanatından sonra Baş prokuroru "müxalifətin əlində oyuncaq (marinotka)" adlandırıb.
QAZİLER.AZ

