"İsraili silahlandırmağı dayandırın!" — ABŞ-da etiraz edən məşhurlar həbs olundu - VİDEO

"İsraili silahlandırmağı dayandırın!" — ABŞ-da etiraz edən məşhurlar həbs olundu - VİDEO backend

Amerikalı məşhur aktrisalar Suzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda İsrail əleyhinə keçirilən etiraz aksiyasında polis tərəfindən saxlanılıb.

Qaziler.az bildirir ki, The Guardian qəzetinin 25 sentyabr məlumatına görə, hadisə BMT mənzil-qərargahı yaxınlığında, İsrail Baş naziri Benyamin Netanyahunun Baş Assambleyadakı çıxışına etiraz olaraq təşkil edilən aksiya zamanı baş verib. "Sülh üçün yəhudi səsi" hərəkatının keçirdiyi icazəsiz nümayişdə iştirak edən Suzan Sarandon və Hanna Aynbinder plastik qandallarla hadisə yerindən uzaqlaşdırılıblar.

Aksiyada "İsraili silahlandırmağı dayandırın" çağırışları edilib. Nyu-York polisindən bildirilib ki, asayiş keşikçiləri kəsişməni bağlamağa çalışan qrupa müdaxilə edib və qanuni tələblərə tabe olmayan 100-ə yaxın etirazçı saxlanılıb.

QAZİLER.AZ