Rütte NATO-nun zəif tərəfini açıqladı

Rütte NATO-nun zəif tərəfini açıqladı backend

NATO-ya daxil olan Avropa ölkələri ABŞ-nin iştirakı olmadan Yaxın Şərqdə hərbi əməliyyatlar keçirmək iqtidarında deyillər, buna görə də Vaşinqtonun liderliyinə ehtiyac duyurlar.

Qaziler.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rütte bəyan edib.

Rütte, xüsusilə Qırmızı dəniz və Hörmüz boğazındakı vəziyyəti şərh edib. Blokadaya alınan hər iki su arteriyası Avropa iqtisadiyyatlarında mühüm rol oynayır, lakin siyasətçi Avropanın bu məkanlara nəzarət etmək qabiliyyətinə şübhə ilə yanaşıb.

"Hazırda avropalılar bunun üçün kifayət edəcək səviyyədə imkanlara malik deyillər, buna görə də ABŞ-nin liderliyinə hələ də ehtiyac var", — deyə hərbi blokun rəhbəri bildirib.

QAZİLER.AZ