Almaniyada on minlərlə məktəbli məcburi hərbi xidmətin (hərbi mükəlləfiyyətin) bərpası ehtimalına qarşı ölkə miqyasında kütləvi etiraz aksiyalarına başlayıb.
Qaziler.az bildirir ki, Deutschlandfunk radiosunun məlumatına görə, "Məcburi çağırışa qarşı məktəbli tətbiqi" (Schulstreik gegen Wehrpflicht) təşəbbüsü çərçivəsində ölkənin müxtəlif şəhərlərində 100-dən çox etiraz aksiyası planlaşdırılıb. Şəhər küçələrinə axışan müxtəlif yaş qruplarından olan aksiya iştirakçıları əllərində bayraqlar, şüarlar yazılmış transparantlar və hökumətin bu planına qarşı plakatlarla yürüş edirlər. Təhlükəsizliyin təmin olunması üçün əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Təşkilatçılar hərbi çağırış məsələsi hökumətin gündəliyindən tamamilə çıxarılmayana qədər mitinqləri davam etdirəcəklərini bəyan ediblər. Hazırda Almaniyada hərbi xidmət könüllülük əsasındadır. Lakin qüvvədə olan yeni qaydalara görə, orduya könüllü qəbulu hədəflənən saydan az olarsa, Bundestaq məcburi hərbi çağırışın bərpası barədə qərar qəbul edə bilər.
QAZİLER.AZ

