Bundestaq (Almaniya parlamenti) yanacaq qiymətlərinin artması fonunda vətəndaşların maliyyə yükünü azaltmaq üçün "yanacaq güzəşti" adlanan layihənin tətbiqini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İclasın yekunlarına əsasən, deputatlar 2026-cı ilin oktyabrından dekabrın sonunadək olan dövr üçün yanacağa tətbiq edilən enerji vergisinin 14 avrosent azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiq ediblər. Beləliklə, əlavə dəyər vergisi (ƏDV) də nəzərə alınmaqla, vergi yükünün azaldılması yanacağın hər litri üçün 17 sent təşkil edəcək.
Əgər Bundesrat (Almaniya federal torpaqlarının nümayəndəliyi orqanı) bu qanunu təsdiqləsə, qərar oktyabrın 1-dən qüvvəyə minəcək.
Sentyabrın ortalarında Almaniyada dizel yanacağının qiyməti litr üçün 2,453 avro təşkil edərək yeni rekorda çatmışdı. Benzinin orta qiyməti isə litr üçün 2,314 avro olub.
QAZİLER.AZ

